Azərbaycanın Xalq artisti Yusif Eyvazov və həyat yoldaşı Rusiyanın Xalq artisti Anna Netrebko Birləşmiş Ərəb Əmirliklərində yeni mülk alıb.
Metbuat.az Bizim.media-ya istinadən xəbər verir ki, sənətçi Dubay şəhərində yüksəkmərtəbəli yeni tikililərin birində lüks dubleks mənzil alıb.Bu haqda Anna sosial şəbəkə hesabında məlumat verib.Netrobko lüks mənzilini nümayiş edərək, bu daşınmaz əmlaka 2022-ci ildə sahibləndiyini vurğulayıb:"Burada yaşadığıma görə xoşbəxtəm. Baxmayaraq ki, mənim əsas yaşadığım yer Vena şəhəridir, amma indi bura bizim evimizdir. 2022-ci ilin aprel ayından biz bu mənzildə yaşayırıq. Burada ailəmin 10 nəfər üzvü qalır. Mebellərimin əksərriyəyi Nyu-York şəhərindən buraya dəniz yolu ilə gətirilib"