“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda fasilə başa çatıb.
Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşdə ikinci hissə başlayıb.
İlk yarıdan sonra hesab açılmayıb - 0:0.
***
21:42
“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.
Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşdə komandalar fasiləyə yollanıblar.Birinci hissədən sonra hesab açılmayıb - 0:0.
***
21:45
“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma saat 21:45-də start götürüb.
Matçın baş hakimi bolqarıstanlı FIFA referisi Georgi Kabakovdur. Braqadakı ilk matçda 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi bu üstünlüyü qoruyacaqları təqdirdə, tarixində ilk dəfə 1/8 finala yüksələcək.