Bu gün Konfrans Liqasında pley-off mərhələsinin 7 matçı keçiriləcək.
Modern.az xəbər verir ki, bu qarşılaşmalarla cavab oyunlarına yekun vurulacaq.
1/8 finala vəsiqələrin sahibləri müəyyənləşəcək. Pley-offu adlayan komandalar qrup qalibləri ilə görüşəcək.
Qeyd edək ki, cavab oyunları bir gün əvvəl keçirilən “Gent” – “Makkabi” (Hayfa) matçı ilə start götürüb və israillilər mərhələ adlayıblar.
Konfrans Liqası Pley-off, cavab oyunları
22 fevral
21:45. “Lüdoqorets” – “Servett” İlk oyun – 0:0 21:45. “Dinamo” (Zaqreb) – “Betis” İlk oyun – 1:0 21:45. “Bodo Qlimt” – “Ayaks” İlk oyun – 2:2 00:00. “Slovan” – “Şturm” İlk oyun – 1:4 00:00. “Ayntraxt” – “Sent-Jiloaz” İlk oyun – 2:2 00:00. “Ferensvaroş” – “Olimpiakos” İlk oyun – 0:1 00:00. “Legiya” – “Molde” İlk oyun – 2:3