Azərbaycan Premyer Liqasında bu gün XIV tura yekun vurulacaq.
Son gündə iki oyun keçiriləcək.
Meydançaya ilk olaraq “Neftçi” çıxacaq. Premyer Liqanın bürünc mükafatçısı “Araz-Naxçıvan”ı qəbul edəcək. Adrian Mutunun kollektivi turnir cədvəlindəki qonşusunu qabaqlamaq üçün doğma azarkeşləri önündə qələbə qazanmalıdır.
Tura Sumqayıtda yekun vurulacaq. Şəhərin eyniadlı komandası “Zirə” ilə üz-üzə gələcək. Rəşad Sadıqovun yetirmələri liderliyi davam etdirmək üçün bu qarşılaşmada da hesablarına 3 xal yazdırmalıdırlar. Əks təqdirdə, “Sumqayıt” aradakı xal fərqini 3-ə endirəcək.
Premyer LiqaXIV tur26 noyabr (bazar)
15:30. “Neftçi” – “Araz-Naxçıvan”Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Tural QurbanovHakim-inspektor: Anar SalmanovAFFA nümayəndəsi: Aslan Şahgəldiyev“Neftçi Arena”
18:00. “Sumqayıt”– “Zirə”Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli ƏliyevHakim-inspektor: Babək QuliyevAFFA nümayəndəsi: Erkin Hüseynov“Kapital Bank Arena”