Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Baerbok Brüsseldə keçirilən Avropa İttifaqı (AB) Xarici İşlər Nazirləri Toplantısından əvvəl jurnalistlərə açıqlama verib.
Görüşdə Yaxın Şərqdəki vəziyyətin də müzakirə olunacağını bildirən Baerbok Qəzzada insanların daha yaxşı qorunması, onlara ərzaq çatdırılması və əsirlərin azad edilməsi üçün hər şeyin edilməsi lazım olduğunu bildirib.
Təxminən 2 ildir davam edən Rusiya-Ukrayna müharibəsinə də toxunan Baerbok, ehtiyac duyduqca Ukraynanın yanında olacaqlarını vurğulayıb.