Metbuat.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib:
Politoloq bildirib ki, Yaponiyanın baş naziri Fumio Kisido aprel ayında Vaşinqtona səfər edərək Ağ Ev sahibi Cozef Baydenlə görüşəcək:"Fumio Kisido eyni zamanda hakim partiyanın təmsilçilərini Trampla görüşlərə göndərib. Yaponiya siyasətçiləri eyni zamanda Vaşinqtonda Amerikanın beyin mərkəzlərinin rəhbərləri ilə də görüşürlər. Yaponiyalı rəsmilər və siyasətçilər bu görüşlərdə amerikalı həmkarlarını innandırmağa çalışırlar ki, ABŞ-ın bölgədə siyasi və hərbi fəallığını zəiflətməsi, Çinin işinə yarayacaq. Tokio Trampa mesaj göndərir ki, gələcəkdə hər hansı bir məsələylə bağlı onunla razılaşmağa çalışsa, ABŞ-ın bölgədəki strateji müttəfiqi, Yaponiyanın maraqları nəzərə alınsın".