Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.
Metbuat.az xəbər verir ki, tərəflər fasiləyə bərabərliklə yollanıblar - 1:1
21-ci dəqiqədə Azərbaycan təmsilçisinin heyətində Marko Yankoviç penaltini dəqiq yerinə yetirib. 44-cü dəqiqədə meydan sahiblərində Simon Banza tarazlığı bərpa edib.
***
00:22
Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda hesab açılıb.
Metbuat.az xəbər verir ki, 21-ci dəqiqədə Azərbaycan təmsilçisinin heyətində Marko Yankoviç penaltini dəqiq yerinə yetirib.
***
00:01
Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.
Metbuat.az-ın məlumatına görə, qarşılaşma saat 00:00-da start götürüb.
Görüşü Danimarkadan olan Morten Kroq idarə edir.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.