Ermənistan tərəfi Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) həyata keçirdiyi “qisas əməliyyatı” nəticəsində məhv edilmiş hərbçilərinin adlarını açıqlayıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, fevralın 13-də məhv edilən erməni hərbçilər aşağıdakılardı: Eduard Hamletoviç Arutyunyan (1974), Qaqik Varazdatoviç Manukyan (1982), Arsen Qaqikoviç Hambardzumyan (1979), Hraçya Talışeviç Hovhannisyan (1957).
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan tərəfinin əməliyyatı nəticəsində 4 erməni hərbçi məhv olub, 1-i yaralanıb. Ermənistan KİV-ləri “Yerkrapa” Könüllülər Birliyinin döyüşçüsü olan Arsen Hambardzumyan fotoşəkillərini yayıb. 1 mart 1979-cu ildə İrəvan şəhərində anadan olan Arsen Hambardzumyan evli və iki uşaq atası idi. Arsen Hambardzumyanı silahdaşları Fedya adlandırırmışlar.

