Müharibə əlayhdarı olan siyasətçi Boris Nadejdin Rusiya Federasiyasının prezidentliyinə namizəd kimi qeydə alınmadığı üçün Ali Məhkəməyə iki iddia qaldırıb.
Modern.az xəbər verir ki, bu barədə siyasətçi öz teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, üçüncü "əsas" iddianı da qaldıracaq, lakin komandanın "Rusiyanın hər yerindən minlərlə vətəndaşla" əlaqə saxlaması üçün vaxt lazımdır. O, fevralın 16-dan əvvəl bunu edəcəyinə söz verib.
O vurğulayıb ki, məhkəmə iddialarından biri əlyazma ekspertinin öz rəsmi rəyini verməməsi ilə əlaqədardır, buna görə 4500-dən çox imza rədd edilib.
İmzayığanların notariat siyahısının formasına etiraz mahiyyəti daşıyan digər iddia isə müəyyən bir bölgənin siyahısında bir imzayığan olmadığı üçün bir sıra imzaların rədd edilməsi ilə əlaqədar qaldırılıb: “Amma o, qonşu rayonun siyahısında ola bilərdi. Qanun bu prinsip üzrə imzaların rədd edilməsini nəzərdə tutmur”, - Nadejdin qeyd edib.
Bu xəbər ilə bağlı Qeydə alınmayan namizəd məhkəməyə müraciət edəcək Xəbəri oxu