Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Bukingem Sarayı iki gün əvvəl İngiltərə kralı III Çarlzın xərçəng xəstəliyinə tutulduğunu açıqlamışdı. Bu xəbərdən sonra Kral Çarlzın ABŞ-də yaşayan oğlu Şahzadə Harri atasını ziyarət etmək üçün İngiltərəyə gəlib.Şahzadə Harrinin səfərindən sonra Kral Çarlz və Kraliça Kamilla "Clarence House" Sarayından Bukingem Sarayına köçüblər. Oradan kral və kraliça helikopterlə Sandrinqem sarayına gediblər. Şahzadə Harri 2020-ci ildə krallıq vəzifəsini tərk etdiyini, daha sonra amerikalı həyat yoldaşı Meqan Markl ilə birlikdə ABŞ-a köçdüyünü açıqlayıb.