Rusiyada həbsdə olan müxalif siyasətçi Aleksey Navalnı 26-cı dəfə cəzaçəkmə kamerasına salınıb.
Modern.az "Meduza"ya istinadən xəbər verir ki, bunu onun mətbuat katibi Kira Yarmış bildirib.
Yarmış deyib ki, siyasətçi yenidən cəza kamerasına göndərilib. Onun sözlərinə görə, Navalnı fevralın 1-dən cəzaçəkmə kamerasındadır. Ona 10 gün vaxt verilib.
Aleksey Navalnı ümumilikdə 293 gün cəza kamerasında qalacaq.