"Əsrin Fəlakəti olan zəlzələlərin ildönümündə nazirliyimizin əməkdaşları səfir Devrim Öztürk və Gökhan Aytaç da daxil olmaqla həyatını itirən bütün vətəndaşlarımızı hörmət və rəhmətlə yad edirik".
Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in X paylaşımında deyilir.
"Zəlzələlərdən sonra dərdimizə şərik olan, həmrəylik ruhunda yardım edən ölkələri hər zaman xatırlayacağıq", - deyə əlavə olunub.