Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin gündəliyi barədə danışıb.O bildirib ki, V.Putin Ankarada türkiyəli həmkarı R.T.Ərdoğanla Ukraynadakı durumu müzakirə edəcək. Liderlər, həmçinin ikitərəfli məsələlər və regional durum barədə danışacaqlar.
Vladimir Putinin fevralın 12-də Türkiyəyə baş tutacaq səfəri barədə siyasi şərhçi Kənan Novruzov Metbuat.az-a açıqlama verib. O bildirib ki, bundan öncə Kreml liderinin Türkiyəyə səfərinin baş tutmama səbəbihər şeydən əvvəl bu təhlükəsizlik tədbirləri ilə bağlıdır:
“İkincisi, ola bilər ki, Rusiya lideri daxildəki proseslərə nəzarət etmək istəyir. Üçüncüsü, Ərdoğanla Putinin görüşünü istəməyən qüvvələr var. Əsas mane olan qüvvələr Qərb və ABŞ-dır. Onlar bütün imkanlarını səfərbər edib Türkiyə- Rusiya münasibətlərini pozmaq istəyirlər. Türkiyənin İsveçin üzvlüyünü təsdiqləməsi də Ankara-Moskva münasibətlərinə təsir etməsi də istisna deyil. Çünki İsveç Alyansa üzvlüyə ilə Rusiyanın ən böyük düşməni olan NATO-nun imkanları genişləndi. Putinin fevralda baş tutacaq səfəri əsnasında Ukrayna, Yaxın Şərq və NATO nun genişlənməsi məsələsi müzakirə mövzusu ola bilər”.
Gülbəniz Hüseynli / Metbuat.az