14 gün əvvəl kosmosa çıxan ilk türk astronavt Alper Gezeravcının dönüş səfəri təxirə salınıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, SpaceX özünün X sosial media hesabında Ax-3 komandasının Beynəlxalq Kosmik Stansiyadan (BKS) yola salınmasının təxirə salındığı barədə açıqlama yayıb.
Açıqlamada, Dragon və Ax-3 ekipajının Florida sahillərindəki uyğun olmayan hava şəraiti səbəbindən fevralın 5-dən əvvəl İSS-i tərk etməyəcəkləri bildirilib.