“Konstitusiya aktının referendum yolu ilə indiki halda hansı hüquqi prosedur həyata keçirəcəyini demək biraz çətindir. Bunun çıxış yolu Ermənistan parlamenti tərəfindən həmin konstitusiya aktının dəyişdirilməsi və ya ləğv edilməsidir. Həmçinin qonşu dövlətlərə qarşı ərazi iddialarının irəli sürülməsi ilə bağlı məqamın Beynəlxalq hüquq normalarına zidd olduğunun vurğulanması, vaxtilə qəbuledilən bu qərarın hüquqi baxımdan heç bir qüvvəsinin olmasının bəyan edilməsi, və konstitusiya aktının həmin müddalarının oradan çıxarılmasıdır".