Azərbaycanda fəaliyyət göstərən bəzi taksi şirkətləri qiymətlərə xidmət haqqı əlavə edib.
Modern.az-ın məlumatına görə, taksi xidmətlərindən istifadə edənlər sosial şəbəkələrdə bununla bağlı paylaşım edib.
Şirkətlər gediş haqqına 10 qəpik servis haqqı daxil edib.
Şirkətlərdən biri bu haqqın taksi xidmətini inkişaf etdirmək üçün istifadəçilərdən alınan ödəniş olduğu bildirib.

