Bu sözləri Metbuat.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli bilidirib. Ekspert vurğulayıb ki, məqsəd İranla, həmçinin əksər ölkələrlə normal münasibətdə olan, xüsusilə Rusiya ilə münasibətlərinin strateji müttəfiq səviyyəsinə çıxdığı Azərbaycana təzyiq etməkdir:
“Onlar bu istiqamətdə Ermənistana müəyyən dəstəyi göstərirlər. Bir sözlə, bu gün NATO, Amerika və onun müttəfiqləri olan ölkələr hərbi sahədə Ermənistanla bağlı bir sıra addımlar atır. Hesab edirəm ki, Azərbaycandan başqa, Rusiyanında bu məsələlərə olan mövqeyi sərtdir və Ermənistan hökumətinin Qərblə hərbi tərəfdaşlığı uzun sürməyəcək”.
Seyranə Quliyeva / Metbuat.az
