Ermənistan Azərbaycanla sülhün artıq geri dönməz mərhələyə yaxınlaşdığını bildirir.
Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda ABŞ-nin vitse-prezidenti Cey Di Venslə keçirdiyi görüş zamanı deyib.
Paşinyan qeyd edib ki, Vensin Ermənistana səfəri həm tarixi, həm də rəmzi baxımdan əhəmiyyətlidir və Cənubi Qafqazda sülh və sabitliyin formalaşması istiqamətində yaranmış yeni reallıqlar fonunda baş tutur.
Baş nazirin sözlərinə görə, bu səfər Ermənistan Respublikası ilə ABŞ arasında möhkəmlənən strateji tərəfdaşlığın dərinliyini də nümayiş etdirir.