"Biz narkotikdən qorxuruq, amma ondan daha təhlükəli qidalar var".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib.
“Elə qidalar var ki, narkotik kimi vərdiş yaradır. Məsələn, “Coco-Cola”, “Fanta” uşaqların həyatını məhv edir. Evdə uşaqlara yemək yedirə bilmirik. Uşaqların istədiyi o qidaların içində nə var?! Niyə onlar uşaqları cəlb edir? Geni dəyişdirilmiş qidalar uşaqlarımızı cəlb edirlər. Süni yolla yaradılmış qidalar reklam olunur. Bu, məni ciddi şəkildə vətəndaş olaraq narahat edir. Konkret olaraq, heç kimin, heç bir müəssisənin adını çəkmirəm. Amma bizim gələcəyimiz bu məsələnin həllindən ibarətdir. Niyə Azərbaycan brendi yaranmasın?! Niyə biz məhsullarımızı kənara çıxara bilmirik? Bizim dağlarımızdan su çıxır, gedirik, mağazamıza Fransadan belə su gətirilir, amma bizim sular yoxdur. Bu məsələ üzərində işləməliyik”, - deyə deputat həyəcan təbili çalıb.