Milli Məclisin İntizam komissiyası yenidən formalaşıb.
Modern.az xəbər verir ki, İntizam komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi parlamentin fevralın 1-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Komissiyanın tərkibinə yeni üzv əlavə edilib. Buna səbəb komissiyanın tərkibindəki deputatlardan birinin - Madər Musayevin vəfat etməsidir.
Komissiyanın yeni üzvü kimi Kəmaləddin Qafarovun namizədliyi irəli sürülüb. Müzakirə və səsvermədən sonra onun namizədliyinin təsdiqlənməsi gözlənilir.
Qeyd edək ki, Madər Musayev ötən ilin iyul ayında vəfat edib.
Milli Məclisin İntizam komissiyası aşağıdakı tərkibdə idi:
1. Ağamalı Fəzail Rəhim oğlu,
2. Həsənov Nurlan Urfan oğlu,
3. Həsənova Afət Əbil qızı,
4. İbrahimqızı Məlahət İbrahim qızı,
5. İbrahimov Eldar Rza oğlu,
6. Məhəməliyev Nəsib Məhəmməd oğlu,
7. Məmmədov Hikmət Baba oğlu,
8. Məmmədov Məşhur Şahbaz oğlu,
9. Möhbalıyev Səttar Suliddin oğlu,
10. Musayev Madər Əliəsgər oğlu,
11. Səfərov Nizami Abdulla oğlu.