İspaniya çempionu "Barselona"nın yan kənar oyunçusu Lamin Yamal 21-ci əsrdə Avropanın 19 yaşdan kiçik ən yaxşı liqalarında ən çox qol vuran oyunçu olub. Modern.az xəbər verir ki, Lamin Yamal İspaniya La Liqasının 24-cü turunda "Malyorka"ya qarşı (3-0) oyunda növbəti qolunu vurub. Beləliklə, onun 24 qolu var.
Bu statistika ilə Yamal "Monako" və PSJ-də 23 qol vuran fransız hücumçusu Kilian Mbappeni geridə qoyur.
Ueyn Runi (15), Valeri Bojinov (14), Ansu Fati (13), Yusufa Mukoko (13) və Florian Virtz (13) də ən çox qol vuranlar arasındadır.