İnsan hüquqları fəalı, Nobel mükafatı laureatı Nərgiz Mohammadi İranda yeddi il yarım həbs cəzasına məhkum edilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o yığıncaq və sui-qəsd ittihamı ilə altı il, təbliğat aparmaq ittihamı ilə 1.5 il, həmçinin ölkədən çıxış qadağası ilə iki il müddətinə azadlıqdan məhrum edilib.
İran insan haqları müdafiəçisinin vəkili Mostafa Nili qeyd edib ki, Mohammadi həmçinin Hosef şəhərinə (Təbriz yaxınlığı) iki illik daxili sürgünə məhkum edilib.
Mohammadi dekabr ayında keçirilən etiraz aksiyası zamanı həbs edilib və 2 fevraldan etibarən aclıq aksiyası keçirir.