Texnologiya nəhəngləri “Alphabet”, “Amazon”, “Meta” və “Microsoft”, yeni yaranan süni intellekt bazarına hakim olmaq məqsədilə ciddi investisiya yarışı aparırlar.
Modern.az-ın məlumatına görə, şirkətlərin kapital xərcləri rekordlar qırır.
Hər bir şirkət məlumat mərkəzlərinə, çiplərə və hesablama infrastrukturuna yüz milyardlarla dollar investisiya etməyi planlaşdırır. Xərclərin miqyası 1990-cı illərin telekommunikasiya bumu və hətta ABŞ-da dəmir yollarının və ya dövlətlərarası avtomobil yollarının tikintisi ilə müqayisə edilir.
Adını qeyd etdiyimiz şirkətlərin planlaşdırdığı investiyalarının miqdarı aşağıdakı kimidir:
-“Amazon” - 200 milyard dollara qədər investisiya etməyi planlaşdırır,
- “Alphabet”- 185 milyard dollara qədər,
-“Meta”- 135 milyard dollara qədər,
-“Microsoft”- təxminən 105 milyard dollar.
Qeyd edilir ki, bu investisiyalar artıq elektrik enerjisi, avadanlıq və mütəxəssis çatışmazlığına, həmçinin böyük xərclər və borc yükü səbəbindən investorların narahatlığına səbəb olur.