Misli Premyer Liqasında XIX turun daha iki oyunu bu gün keçiriləcək.
Modern.az xəbər verir ki, günün ilk matçında "Kəpəz" "İmişli"nin qonağı olacaq.
Qarşılaşma Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 14:30-da start götürəcək. "İmişli" 18 xalla 9-cu, Gəncə klubu 12 xalla 11-ci pillədə qərarlaşıb.
Günün ikinci oyununda "Turan Tovuz" autsayder "Karvan-Yevlax"ı sınağa çəkəcək. Bu görüş saat 18:30-da başlayacaq. Ehtiyatda daha bir matçı olan Tovuz təmsilçisi 30 xalla 4-cü, "Karvan-Yevlax" 6 xalla 12-cidir.
Misli Premyer Liqası
II dövrə, XIX tur
14:30. "İmişli" – "Kəpəz"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sulatni.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Quba Olimpiya İdman Kompleksinin stadionu
18:30. "Turan Tovuz" – "Karvan-Yevlax"
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov.
VAR: Nicat İsmayıllı.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
"Azərsun Arena"
Qeyd edək ki, tura fevralın 10-da yekun vurulacaq. Ötən gün "Sabah" "Araz-Naxçıvan"ı (4:1), "Zirə" "Sumqayıt"ı (3:2) məğlub edib.