ABŞ-ın vitse-prezidenti J.D. Vensin mətbuat katibi onun 9-10 fevral tarixlərində Ermənistana, daha sonra isə 10-11 fevral tarixlərində Azərbaycana səfər edəcəyini açıqlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın vitse-prezidenti çərşənbə axşamı Vaşinqtona qayıdacaq.
Rəsmi İrəvan hələ Vensin Ermənistana qarşıdan gələn səfərinin proqramını rəsmi olaraq açıqlamasa da, ikitərəfli münasibətlərlə bağlı açıqlamalar verib.