2023-cü ilin yekunlarına görə, Azərbaycan bankları arasında məcmu kapitalın həcminə görə Azərbaycan Beynəlxalq Bankı (ABB) birinci yer tutub.
Metbuat.az xəbər verir ki, maliyyə hesabatına görə, hesabat dövründə bankın məcmu kapitalının həcmi 1,675 milyard manat olub.
Renkinqdə ikinci yeri 907,6 milyon manat dəyərində məcmu kapitalla Kapital Bank tutub.
Üçüncü yerdə 870,7 milyon manat dəyərində məcmu kapitalla Pasha Bank, dördüncü yerdə 498,1 milyon manatla Xalq Bank qərarlaşıb. Beşinci yeri isə 174,3 milyon manat dəyərində məcmu kapitalla Bank Respublika tutub.
İlk üç bankın məcmu kapitalının həcmi 3,454 milyard manat olmaqla, siyahıdakı ilk 10 bankın məcmu kapitalının (4,87 milyard manat) 70,91 faizini, Azərbaycanın bütün banklarının məcmu kapitalının (5,93 milyard manat) isə 58,25 faizini təşkil edib.
Azərbaycan banklarının məcmu kapitalın həcminə görə renkinqi aşağıdakı kimidir:BanklarMəcmu kapital1International Bank1,675 milyard manat2Kapital Bank907,649 milyon manat3Pasha Bank870,795 milyon manat4Xalq Bank498,163 milyon manat5Bank Respublika174,36 milyon manat6Premium Bank170,987 milyon manat7UniBank161,11 milyon manat8AccessBank143,504 milyon manat9Bank of Baku140,859 milyon manat10Expressbank127,825 milyon manat11Rabita Bank113,23 milyon manat12ZiraatBank112,006 milyon manat13AzersenayeBank111,647 milyon manat14YapikrediBank88,187 milyon manat15Turan Bank85,639 milyon manat16VTB Bank83,638 milyon manat17Avrasiya Bank79,216 milyon manat18AFB Bank78,862 milyon manat19Azer–Turk Bank78,557 milyon manat20Yelo Bank61,377 milyon manat21Nakhichivan Bank57,997 milyon manat22Bank Melli Iran57,893 milyon manat23BTB Bank50,977 milyon manat