Bundan əlavə, biz yemək rasionumuzu gündəlik həyatımızın tələbləri ilə də uyğunlaşdırmalıyıq. Evə qayıdanda bir neçə işi bir arada görə və ya heçnə etməyədə bilərik. Ola bilsin ki, bəzi günlərdə sabit bir rejimimiz olur, amma hər gün bu mümkün deyil.
Gəlin bu vərdişlərin sağlamlığınıza necə təsir edə biləcəyi və onları düzəltmək üçün bəzi təkliflər barədə danışaq.
Bunun əvəzinə yatmazdan təxminən 2-3 saat əvvəl yeməyiniz məsləhətlidir.
Yatmazdan 2-3 saat əvvəl tam yemək yeyə bilmirsinizsə və yatmağınıza yaxın acırsınızsa, yağlı yeməklər əvəzinə daha kiçik qəlyanaltıları sınaya bilərsiz.
Çox sürətli, həddindən artıq yemək isə həzmsizlik, ürək yanması və arzuolunmaz çəki artımına səbəb ola bilər.
Stressli yemək isə həddindən artıq yeməyə, xüsusən də yüksək yağ, şəkər və ya duza malik daha çox bişmiş qidalar yeməyə səbəb ola bilər. Uzunmüddətli stressli yemək diabet və ya ürək xəstəlikləri kimi xroniki xəstəliklər riskinizi artıra bilər.
Qəlyanaltıya getməzdən əvvəl bir neçə dəqiqə dərindən nəfəs almağınız da tövsiyyə olunur.