“Seçki bülletenində namizədlərin ardıcıllığı əlifba sırası ilə yazılacaq”. Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələbinə əsasən, seçki bülletenində namizədlərin ardıcıllığı əlifba sırası ilə olur və bülletenlər də bu qayda əsas götürülməklə çap olunur: R.Qasımov MSK-nın hazırda seçki bülletenlərinin çapını həyata keçirdiyini vurğulayıb. Qeyd edək ki, fevralın 7-nə təyin edilmiş Prezident seçkilərində 7 namizəd mübarizə aparacaq. Beləliklə, seçki bülletenində namizədlərin ardıcıllığı əlifba sırası ilə yazılacaqsa, onda sıralama aşağıdakı kimi olacaq: Əliyev Fuad Ağasi oğlu Əliyev İlham Heydər oğlu Həsənquliyev Qüdrət Müzəffər oğlu Musayev Elşad Nəbi oğlu Mustafa Fazil Qəzənfər oğlu Nurullayev Razi Qulaməli oğlu Oruc Zahid Məhərrəm oğlu