Tramp təcavüz ittihamı ilə 83 milyon dollar təzminat ödəyəcək
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Yorkda “E. Jean Carroll” adlı qadına təcavüz və təhqir etdiyinə görə, təqsirli bilinərək, 83 milyon dollar təzminat ödəməyə məcbur olub.
Məhkəmə keçmiş ABŞ prezidentinin müəllif Kerrollun reputasiyasına vurduğu ziyanı əsas gətirərək Trampı ümumilikdə 83,3 milyon dollar təzminat ödəməylə cəzalandırıb.
Qərardan xəbər tutan Carroll vəkilini qucaqlayaraq sevincini nümayiş etdirərkən, Tramp Truth Social adlı sosial media platformasındakı hesabında "Tam cəfəngiyyatdır. Bu qərarla heç bir şəkildə razılaşmıram. Bura Amerika deyil. " deyə bildirib.
Seyranə Quliyeva / Mətbuat.az