Milli Məclisin İnsan hüquqlar komitəsi ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi görüşlər keçirəcək. Modern.az xəbər verir ki, bu məsələ İnsan hüquqları komitəsinin 2026-cı il yaz sessiyası üçün iş planında əksini tapıb. Sessiya ərzində komitə və agentlik əməkdaşları “Mina terroru qurbanlarının beynəlxalq hüquqi platformalara çıxışı” mövzusunda birgə görüşlərin keçirilməsi nəzərdə tutulur.