“Bu gün suyun keyfiyyəti ilə bağlı narahatlığa heç bir əsas yoxdur, vəziyyət nəzarətdədir. Bütün mənbələrdən həm Bakıya, həm regionlara, həm Sumqayıta verilən su tam keyfiyyət standartlarına uyğundur”.
“Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları profilaktik tədbirlərlə əlaqədar "Azərsu" ASC-nin mütəxəssisləri ilə birgə mərkəzləşdirilmiş içməli su şəbəkəsində laborator müayinə üsullarının tətbiqi ilə monitorinqlər keçiriblər. Müxtəlif nöqtələrdən, evlərdəki su çənindən, şəbəkə xətlərindən, mərkəzi anbardan su nümunələri götürüb yoxlayıblar. Heç bir kənarlaşma yoxdur. Bu gün içməli su standartlarına tam uyğundur. Həmin ərazi digər ərazilərdə olduğu kimi, keyfiyyətli, dayanıqlı içməli su ilə təmin olunur. Qeyd edim ki, Bülbülə və Əmircan qəsəbələrini qidalandıran 54 Ramanı mərkəzi su anbarımız, Suraxanı və Sabunçunun böyük bir ərazisini içməli su ilə tam təmin edir".
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Metbuat.az-a verilən açıqlamada bildirilib ki, suyun tərkib göstəricilərinin yoxlanılması ilə bağlı mütəmadi olaraq monitorinqlər keçirilib.
“Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, qurum tərəfindən mərkəzləşdirilmiş qaydada içməli suyun tərkib göstəricilərinin yoxlanılması ilə bağlı mütəmadi olaraq monitorinqlər keçirilir. Monitorinqlərin nəticələrinə əsasən, “Azərsu” ASC tərəfindən əhaliyə verilən içməli suyun tərkib göstəriciləri qüvvədə olan dövlət standartları və normativlərinə cavab verir”.
Gülbəniz Hüseynli / Metbuat.az