ADA Universitetinin regionda daha bir mərkəzi açılacaq.
Modern.az-ın əldə etdiyi məlumata görə, mərkəz Gəncə şəhərində yerləşəcək. Universitetdən saytımıza verilən açıqlamada məlumat təsdiqlənib.
"Gəncə şəhərində ADA Universitetin yeni mərkəzinin açılması planlaşdırılır", - məlumatda deyilir.
Mərkəzin hansı tarixdə açılacağı açıqlanmayıb.