#
SOSİAL
#
Sosial
ADY zəlzələ ilə bağlı yol infrastrukturuna kompleks baxış keçirir
ADY zəlzələ ilə bağlı yol infrastrukturuna kompleks baxış keçirir
19 yanvar 2024 22:56 (UTC +04:00)
19 yanvar tarixində axşam saat 22:05 radələrində ölkə ərazisində baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.
Bu barədə Modern.az-a Qurumdan bildirilib .
Qeyd olunur ki, yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər.