Azərbaycanda Qarabağ müharibəsi iştirakçılarının sayı, onların gəzdirdiyi “Veteran vəsiqəsi” və bu imtiyaza görə aldıqları Prezident təqaüdü hər zaman müzakirə mövzusu olub. Modern.az saytı bununla bağlı Dövlət Statistika Komitəsindən rəsmi məlumat əldə edib. Komitənin rəsmi statistikasına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər in sayı 2023-cü il oktyabrın 1-nə 179.840 nəfər təşkil edib. “Veteran vəsiqəsi”nə malik Qarabağ müharibəsi iştirakçılarının hər birinə ayda 80 manat Prezident təqaüdü verilir. A.Qorxmaz