İnnab çox faydalı, uzunömürlü və faydalı bitkidir. Sarı-qırmızı rəngli, şirin dadlı və xoş ətirli meyvələrinin çox mühüm müalicəvi əhəmiyyəti var.
Metbuat.az saglamolun.az-a istinadən innabın faydalarını təqdim edir:
- İnnab böyrək xəstəlikləri üçün faydalı meyvədir. Buna görə də böyrək problemi olan insanların intensiv şəkildə yeməsi tövsiyə olunur.- İnnab C vitamini ilə çox zəngindir. Buna görə də qışda soyuq havanın yaratdığı xəstəliklərdən qorunmağa təmin edir.- Quru öskürək problemlərində qurudulmuş meyvəsindən və yarpaqlarından əldə olunmuş bitki çayı istifadə olunur.- Tərkibində yüksək miqdarda omeqa 7 yağı var. Bu, bədəndə kollagenin səviyyəsini artırmağa kömək edir.- Saç köklərini qidalandırmağa kömək edir. Onları bərpa edir.- Qaraciyəri təmizləyən meyvələrdən biri də innabdır.- Pis xolesterolu balanslaşdırmağa kömək edir.- Həddindən artıq yeməkdən qaynaqlanan həzmsizlik probleminə qarşı innab yemək faydalıdır.