Ötən il Azərbaycan İtaliyaya 7 077 115,41 min ABŞ dolları dəyərində 11 117 529,86 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
Metbuat.az xəbər verir ki, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə - red.) ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 1 394 267,62 min dollar dəyərində 2 270 342,62 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Ötən il bu ölkəyə 1 227 040,85 min dollar 2 025 082,15 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 22 ölkəyə 16 240 829,63 min dollarlıq 26 047 289,51 ton neft ixrac edib.
№
Ölkәlәr
Statistik dәyәr
Miqdar (ton)
-
Cәmi
16 240 829.63
26 047 289.51
1
İtaliya
7 077 115.41
11 117 529.86
2
İsrail
1 394 267.62
2 270 342.65
3
Hindistan
1 227 040.85
2 025 082.15
4
Almaniya
871 933.82
1 341 018.14
5
İspaniya
769 586.75
1 221 974.82
6
Çexiya
682 886.68
1 135 964.61
7
Türkiyә
676 306.62
1 202 207.86
8
Xorvatiya
590 404.89
975 165.93
9
Yunanıstan
455 309.00
743 513.50
10
Böyük Britaniya
432 278.59
691 038.87
11
Rumıniya
382 756.67
621 947.79
12
İrlandiya
366 641.18
630 056.20
13
Vyetnam
345 490.87
554 367.23
14
Portuqaliya
299 575.75
449 879.31
15
Avstriya
152 155.74
266 568.71
16
İndoneziya
150 210.69
221 084.92
17
Fransa
118 639.77
199 006.72
18
Sinqapur
87 786.40
138 338.45
19
Tunis
71 938.82
106 274.64
20
Malayziya
34 012.69
48 042.55
21
Avstraliya
28 392.28
39 196.58
22
Tailand
26 098.53
48 688.02