“Deputatlar burada müxtəlif rayonlarda və bölgələrdə məktəb tikintisi, qəzalı məktəblərin bərpası ilə bağlı məsələni də qaldırıb”.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov bildirib.
O qeyd edib ki, hazırda təhsil sahəsində genişmiqyaslı islahatların həyata keçirilməsi nəzərdə tutulub: “Bununla bağlı da Emin Əmrullayev geniş məlumat verəcək”.
Nazir bildirib ki, hökumət tərəfindən Vergi Məcəlləsinə müvafiq düzəlişlərin edilməsi təklif edilir:
“Bundan başqa vergi və azadolmaların tətbiq edilməsi müvafiq olaraq büdcə gəlirlərinin azalmasına gətirib çıxarır. Bu baxımdan azalan gəlirlərin hansı mənbə hesabına bərpa edilməsinə də biz baxıb cavab tapmalıyıq. Sözsüz ki, vergi azaldılmaları və azadolmaları ölkə iqtisadiyyatına uzunmüddətli potensial və faydalar gətirir, bu da dəyərləndirilməlidir”.