Hazırda “Böyük Qayıdış” planına uyğun olaraq işğaldan azad edilmiş rayonlara məcburi köçkünlərin köçürülməsi məsələsi davam etdirilir.
Prezident İlham Əliyev telekanallara müsahibəsində keçmiş köçkünlərin qayıdış prosesinin daha da sürətlənəcəyini diqqətə çatdırıb. Ölkə başçısı qeyd edib ki, məcburi köçkünlərin bu il qaytarılacağı ərazilər arasında Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləri olacaq. 2025-ci ildə isə Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə keçmiş məcburi köçkünlərin qayıtması nəzərdə tutulub.
Həmçinin, Xankəndinin erməni separatçılarından azad edilməsindən də təqribən dörd aya yaxın vaxt keçib.
Bəs Xankəndinə azərbaycanlı əhalinin qayıtması nə vaxta planlaşdırılır?
İ.Mirzəyev qeyd edib ki, 2024-cü ildə əsasən daha ağır şəraitdə yaşayan məcburi köçkünlərin köçürülməsi planlaşdırılıb:
“Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, 2024-cü ildə köçürülmə nəzərdə tutulan ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində yaşayan, evləri bərpa olunmuş məcburi köçkünlər köçürüləcək”.
