Ötən il Bakı şəhər prokurorluğunun 6 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.
Metbuat. Az xəbər verir ki, bu barədə Bakı şəhər Prokurorluğunda ilin yekunlarına dair əməliyyat müşavirəsində şəhər prokuroru Elşən Abbasov deyib.
O bildirib ki, Bakı şəhər Prokurorluğunda xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb:
“Şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub. Onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilib, 1 nəfərə irad tutulub, 1 nəfər isə tutduğu vəzifədən azad edilib”.