Noyabrın 23-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Belarusa səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb.
Bildirilib ki, o, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Minskdə keçiriləcək sessiyasında iştirak edəcək.
Qeyd edək ki, Tokayev 24 noyabrda isə BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək sammitinə qatılacaq.