Xəbər verdiyimiz kimi, yanvar ayının 13-dən respublika ərazisində yağan qar Cənub bölgəsinin enerji təsərrüfatına ciddi ziyan vurub.
Hadisədən 36 saatdan çox vaxt keçməsinə baxmayaraq hələ də ciddi tədbir görülməyib. Məsələ ilə bağlı Metbuat.az-ın Lənkəran şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdi baş tutmayıb.
"Azərişıq" ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsindən isə bildirdilər ki, hazırda bu sahədə yaranmış problem aradan qaldırılmaqdadır.