Hava şəraiti ilə əlaqədar avtomobil yollarının vəziyyəti açıqlanıb.
- Qobustan - Şamaxı - Muğanlı: Hava çiskinlidir, şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
- Muğanlı – Ağsu-Yevlax: Qar yağmır. Yolun 143-km dən başlayaraq Ağsu dolaylarında yollar buz bağlayıb, tədbir görülür, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Muğanlı ərazisində 7-8 dərəcə şaxta var.
- Muğanlı - İsmayıllı: Yağıntı yoxdur, 9-14 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmişdir. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
- İsmayıllı - Qəbələ - Oğuz- Şəki: Yağıntı yoxdur. İsmayıllı, Qəbələ və Oğuz rayonları ərazisində 9-12 dərəcə şaxta var, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
- Yevlax - Şəki - Qax - Zaqatala: Yağıntı yoxdur. 5-6 dərəcə şaxta var, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
- Şəmkir - Gədəbəy: Yağıntı yoxdur. 10 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti qismən təmin olunur.
- Gəncə - Daşkəsən: Yağıntı yoxdur. 10 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
- Ələt - Astara: Yolda şaxta yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
- Masallı – Yardımlı: Masallı rayonu ərazisində yağıntı yoxdur. 2-3 dərəcə şaxta var. Yardımlı rayonu ərazisində yağıntı yoxdur, 10-12 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
- Lənkəran – Lerik: Lənkəran rayonu ərazisində qar yağır. 1 dərəcə şaxta var. Lerik rayonu ərazisində yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
- Bakı - Ələt – Hacıqabul – Ucar – Yevlax - Gəncə - Qazax: Hava çisginlidir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
- Hacıqabul – Bəhramtəpə – Horadiz: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.