Rusiyanın Kemerovo vilayətinin keçmiş qubernatoru Aman Tuleyev 79 yaşında vəfat edib.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu regionun rəhbəri Sergey Tsivilev bildirib.
Tuleyev 20 ildən artıq rayona rəhbərlik edib. Aman Tuleyev 1944-cü ildə Türkmənistan SSR-in Krasnovodsk şəhərində anadan olub. 1996-1997-ci illərdə Rusiya Federasiyasının MDB ölkələri ilə əməkdaşlıq naziri olub. O, 1997-2018-ci illərdə Kemerovo vilayətinə rəhbərlik edib.
Rusiya prezidentliyinə 3 dəfə namizədliyini verən Tuleyev 2000-ci il seçkilərində hazırkı prezident Vladimir Putinin rəqibi olub.