"Real Madrid"in hücumçusu Joselu İspaniya kubokunun 1/16 finalında "Arandina" ilə oyunda ilk dəfə meydana çıxan Arda Güler haqda danışıb.
Metbuat.az xəbər verir ki, o Ardanın çox keyfiyyətli şəxsiyyətə sahib olduğunu ifadə edib.
"Arda Güler bir almazdır. Arda Gülerə dedim ki, ilk dəqiqələri həqiqətən zövqlü olacaq. O, uzun müddət oynaya bilməzdi. Onu qoruyub dəstəkləməliyik. O, çox keyfiyyətli və özəl istedaddır. O, özünü göstərməkdə davam edəcək”.