Rusiyanın Kemerovo vilayətinə 20 il rəhbərlik etmiş Aman Tuleyev 80 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə vilayətin hazırkı rəhbəri Sergey Tsivilev məlumat verib.
"u, ağır itkidir. Regionumuzun həyatında bütöv bir dövr Aman Qumiroviçlə bağlıdır", - o qeyd edib.
Xatırladaq ki, A.Tuleyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 may 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.