“Dünən Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri aparılır”.
Modern.az xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat veriblər.
Qeyd olunub ki, vida və dəfn məsələlərinə təyyarə Bakıya çatdıqdan sonra qərar veriləcək:
“Cənazə Aygün Bəylərin Suraxanıdakı evinə gətiriləcək”.
Sözügedən reys Ankaradan 12:50-də qalxıb.
Xatırladaq ki, uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkən sənətçi dünən gecə Türkiyədə vəfat edib.