Azərbaycandan göndərilən neft məhsullarının ilk partiyasının Ermənistana çatmasının görüntüləri yayılıb.
Metbuat.az xəbər verir ki, dekabrın 18-də SOCAR tərəfindən ilk dəfə olaraq Ermənistana yerli neft məhsulu göndərilib.
22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı Gürcüstandan keçməklə dekabrın 19-da Ermənistana çatdırılıb.
Qeyd edək ki, neft məhsullarının ilk partiyası noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən yola salınıb.