Meyxanaçı Ağakərim dəfn edilib.
Metbuat.az xəbər verir ki, mərhumla vida mərasimində meyxanaçının sənət dostları, yaxınları iştirak edib.
Mərhumun nəşi Maştağada yerləşən kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, uzun müddət ağır xəstəlikdən əziyyət çəkən Kərim Novruzov ötən gün vəfat edib.