Başa vurmağa hazılaşdığımız 2025-ci il Azərbaycan mediası üçün bir sıra itkilərlə yadda qaldı. Bu il xəbər lentlərində dünyadan köçən xeyli jurnalistin adı yazıldı. Bir çox redaksiyada kimlərinsə masası və stulu boşaldı, bir fincan çay soyudu, sahibi həmişəlik qayıtmadı. Amma onların özləri olmasa da, yazdıqları qalacaq… Arxivlərdə, köhnə qəzet səhifələrində, internetdə… Ən çox da yaxınlarının, dostlarının və həmkarlanının xatirəsində... Modern.az saytı bu il dünyasını dəyişən sözün keşikçiləri - jurnalistləri sizə xatırladır.
"Technote.az" saytının baş redaktoru Emil Nəcəfov noyabrın 7-də vəfat edib. Mərhumun 31 yaşı vardı. A.Qorxmaz