Ermənistan regionda sabitlik və təhlükəsizlik gündəliyini irəlilədilməsi üçün NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verir.
Metbuat.az xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan NATO-nun Baş katibinin müavini Radmila Şekerinska ilə görüşündə bildirib.
Danışıqlar zamanı tərəflər Ermənistan və NATO arasında tərəfdaşlığa və əməkdaşlığın inkişafına dair məsələləri müzakirə ediblər.